Mayın 14-də Moskvada “Eurovision-2009” mahnı müsabiqəsinin ikinci yarımfinalı baş tutub. Müsabiqənin ikinci yarımfinalı klassik rus xalq mahnısı ilə açılıb. Gecənin aparıcısı, ilk yarımfinalda olduğu kimi, Andrey Malaxov və Natalya Vodyanova olub.
Müsabiqənin ilk iştirakçı ölkəsi Xorvatiya olub. Ölkəmizi təmsil edən müğənnilər Aysel və Araş 12-ci cıxış ediblər.
Bəyaz paltarlı, dalğalı saçlı Ayselin gözəlliyi səhnəni bəzəyib. Araşla Ayseli 3 rəqqas müşayiət edib. Olduqca həyəcanlı görünən ifaçılar auditoriya tərəfindən hərarətli alqışlarla qarşılanıb.
Müsabiqənin sonuncu ifaçıları Hollandiyalı müğənnilər olub.
İkinci yarımfinalın iştirakçıları birinci yarımfinalçılardan daha parlaq ifa nümayiş etdirib.
İkinci yarımfinalın qalibləri müəyyənləşib. Səsvermədə finala çıxan ilk ölkə Azərbaycan olub. 2.Xorvatiya 3.Ukrayna 4.Litva 5.Albaniya 6.Moldova 7.Danimarka 8.Estoniya 9. Norveç 10.Yunanıstan
Beləliklə, Türkiyə, İsveç, İsrail, Portuqaliya, Malta, Finlandiya, Bosniya- Hersoqovina, Rumıniya, Ermənistan, İslandiya, bu gün finala vəsiqə qazanan ölkələr və finalda birbaşa iştirak hüquq olan ölkələr mayın 16-da birincilik uğrunda mübarizə aparacaqlar.