Thursday 28.11.2024 22:53 |
Welcome QONAQ Main | Registration | Login | RSS |
SAYTA OLANLAR |
---|
ONLAYNDA 1 QONAQ 1 İSTİFADƏÇİ 0 |
|
BİZİM SİNİF 7A
Main » 2009 » MAY » 3 » 21-ci əsrin atalar sözləri! HİSSƏ 2!
21-ci əsrin atalar sözləri! HİSSƏ 2! | 18:35 |
21-Cİ ƏSRİN ATALAR SÖZLƏRİ!
ATALAR SÖZLƏRİ!
1. İnək göz eləməsə, kəl "balkon"un altında dayanmaz.
2. İtlə dostluq et, boks əlcəyini əlindən çıxarma.
3. Pul əl çirkidir. Varlılar əllərini yumur?
4. Kor nə istər. İki göz. İkisi də düz.
5. Anası gəzən ağacı balası Mersedesdə gəzər.
6. Təmizlik imandandi. İman "Tide"satır.
7. Yalan ayaq tutar pedikür eliyər.
8. Görməmişin bir oğlu oldu. Apardı kulinariya kursuna yazdırdı.
9. Qızı mindirərsən maşına o da çıxar başına.
10. Arvad evin dirəyidi. Küncdə.
11. Aşıq eldən gələr, oğul Ursetdən.
12. Pinqivin vurub qazan doldurur.
13. Sevginin gözü kor olar, sevgilinin qulağı şəlpə.
14. Qoduq oynayanda qar yağar. Qoduqlar rəqs dərnəyinə gedir.
15. Xeyir söyləməzə dedilər ki, xeyir söylə, dedi:" Allah xeyir versin"
16. Suda boğulan akuladan yapışar.
17. Özgəsinə quyu qazan özü düşər quyunun dibinə beton tökər.
18. Donuzu bostandan sərəncamla çıxardarlar.
19. Hamının gedəni Təcili yardım kimi gəlsin.
20. Kimin əvvəli, serialın axırı.
21. Dost üzə baxar düşmən ayağa. Əgər baxılan obyekt mini yubka geyinməyibsə.
22. Bunların arasında ala qarğa bala çıxarmaz. Gedər doğum evinə.
23. Beş yeyənin olsun, on içənin. Bir yazanın olmasın.
24. Ustadına kəm baxanın fonoqramması kəsilər.
25. Əsgərlik ondu, doqquzu Rusiyada gizlənmək, biri də saxta hərbi bilet almaq.
26. Yetimə gəl-gəl deyən çox olar, kredit verən az olar.
27. Ağır otur batman gəl, yüngül otur spiderman.
28. Deputatliğa namizədin şahidi yanında olar.
29. Dama-dama şalvar olar.
30. Çox istəyən az faizlə kreditə götürər.
|
Category: YUMOR VƏ AFORİZM |
Views: 1173 |
Added by: dj_qusik
| Rating: 0.0/0 |
|
Total comments: 6 | |
06.05.2009
ulan kes sesini diyorum sana
|
06.05.2009
ozun bil amma sit sit seylere qulme
|
06.05.2009
DÖYƏRƏM SİZİ
|
06.05.2009
dj_qusik oqederde yaxsi demeyib atalar amma biraz gulmeli idi
|
03.05.2009
sen necede mirtsan bunu sene her gulende dislerim deyir
|
03.05.2009
ATALAR YAXŞI DEYİB!
|
| |