Friday
29.11.2024
02:37
KATEQORIYA
MOBIL [8]
BİRİNCİ SIRA [2]
İKİNCİ SIRA [2]
ÜÇÜNCÜ SIRA [1]
MUSİC [5]
AVTO [6]
YUMOR VƏ AFORİZM [12]
FOOTBALL [4]
KOMPÜTER HAQQINDA [1]
SİZİN PC-NİZ
MARAQLI MƏLUMATLAR! [17]
ÇAT
200
SAYTA OLANLAR

ONLAYNDA 2
QONAQ 2
İSTİFADƏÇİ 0
ARXIV

BİZİM SİNİF 7A

Main » 2009 » APREL » 29 » BERMUD ÜÇBUCAĞI!!!HİSSƏ 1!!!
BERMUD ÜÇBUCAĞI!!!HİSSƏ 1!!!
11:25
 
 
BU BERMUD ÜÇBUCAĞIDIR!!!
BURADA MİNDƏN ÇOX ADAM ÖLÜB!!!
ÇOX MARAQLI FAKTLAR XƏBƏRİN ARDINDA!!!
ƏMİNƏM Kİ BƏYƏNƏCƏKSİNİZ!!!

Burada son 27 ildə mindən çox adam həlak olub 

"Haqqında söhbət açacağımız yer planetin ən dəhşətli, ən müdhiş ərazisi hesab olunur. Burada çoxlu sayda gəmi və təyyarələr izsiz-tozsuz yoxa çıxıblar. Həmin hadisələrin əksəriyyəti 1945-ci ildən sonra baş verib. Sözügedən zonada son 27 ildə mindən çox adam həlak olub. Lakin axtarışlar nəticəsində bir dənə də olsun meyit və digər əlamətlər aşkar olunmayıb...". Amerikalı yazıçı Ç.Berlitç tərəfindən sirli Bermud üçbucağının təsviri bu sözlərlə başlayır. 
İndi Florida, Kuba və Bermud adalarının arasında yerləşən müəmmalı yerin - anomal zonanın mövcud olması hipotezinin tərəfdarları və əleyhdarları məmnuniyyətlə Ç.Berlitçdən sitat gətirirlər. Zona həqiqətən də mövcuddur. Lakin doğrudanmı, o bu dərəcədə qaniçəndir? 
Bermud üçbucağı barədə məlumatlar hələ 1840-cı ilə gedib çıxır. Həmin il Baham adalarının paytaxtı olan Nassau limanının yaxınlığında Fransanın "Rozali" gəmisi aşkarlanır. Əla vəziyyətdə olan gəmidə hər şey qaydasında idi, bircə şeydən başqa. Gəmi heyəti yoxa çıxmışdı. Gəmi jurnalında heyətin başına gələn hadisə barədə heç bir qeyd aparılmamışdı. 
Bununla da müəmmalı Bermud üçbucağının tarixçəsi başlayır. Bu tarixin səhifəsində 103 ton su tutumu olan "Mariya Çelesta" gəmisinin başına gələn müəmmalı hadisə (7 noyabr 1872-ci il) xüsusi yer tutur. Aşkar olunan bu gəminin də heyəti yoxa çıxmışdı. Çox keçmir ki, kerosin yükü ilə Nyu-Yorkdan Genuaya istiqamət alan "Dei Qratia" gəmisi Azor adaları rayonunda aşkarlanır. Gəminin göyərtəsində heç kim yox idi. Yaxınlıqdan keçən gəminin kapitanı Morxaus səs gücləndiricisi vasitəsilə gəmidə kiminsə olmasını yoxlamaq istəyir. Lakin cavab gəlmir. 
20 oktyabr 1902-ci il. Atlantik okeanında Almaniyanın "Freya" ticarət gəmisinə rast gəlinir. Yenə də gəmidə heyət yoxa çıxmışdı. 4 mart 1918-ci il. ABŞ-ın 12 min ton su tutumu olan "Siklop" gəmisi 309 nəfər heyət üzvü ilə Barbados adasından səfərə çıxır. Baltimora istiqamət götürən "Siklop" təyin olunan yerə gəlib çatmır. Hər hansı bir həyəcan siqnalı da qeydə alınmır. O da yoxa çıxır. Əvvəlcə belə bir versiya irəli sürülür ki, həmin gəmiyə alman sualtı qayığı hücum edib. I Dünya Müharibəsi gedirdi. Atlantika sularında çoxlu sayda alman sualtı qayıqları vardı. Lakin hərbi arxivlər araşdırılanda bu versiya özünü doğrultmayıb. Əgər almanlar "Siklop"u batırsaydılar, yəgin ki, bu barədə bütün dünyaya car çəkərdilər. "Siklop" isə sadəcə olaraq yoxa çıxıb.
 
 

Bir neçə il keçdikdən sonra ABŞ-ın hərbi dəniz donanmasının komandanlığı belə bir bəyanatla çıxış edir: ""Siklopu"un yoxa çıxması böyük və çətin həll olunan məsələlərdən biridir". ABŞ-ın o vaxtkı prezidenti Vudro Vilson bəyan edir ki, gəminin başına gələn hadisə barədə yalnız Allah bilir. Sonradan Bermud üçbucağında təyyarələr də yoxa çıxır. Bununla da dənizçilər, təyyarəçilər, alimlərlə yanaşı, ölkə hökumətləri də Bermud üçbucağına maraq göstərməyə başlayır. ... 5 dekabr 1945-ci il. Floridada dislokasiya olunmuş ABŞ hərbi hava qüvvələrində adi günlərdən biridir. 2500 saatdan çox uçmuş pilotlardan biri, leytenant Çarlz Teylor təcrübəli komandir idi. Onun rəhbəliyi altında uçuş heyətinə Bimini adasının şimalında yerləşən Çiken Şoal ərazinə istiqamət götürmək kimi asan bir tapşırıq verilmişdi. Adi məşq uçuşları zamanı hərbi təyyarəçilər zarafat edir, əylənirdilər. Lakin onlardan biri qəlbində nə isə narahatlıq hiss edirdi və o digərlərindən fərqli olaraq havaya qalxmayaraq yerdə qaldı. Bu onun həyatını xilas etdi. ... Gözəl hava vardı. 5 "Evendjer" ("Qisasçılar") bombardmançı təyyarəsi havaya qalxaraq şərqə doğru istiqamət götürürlər. Təyyarələrdə 5 saatlıq yanacaq var idi... 
 
 
 

Sonra onları görən olmadı. Təyyarələrin başına nə iş gəlib, bunu yalnız Allah bilir. Müxtəlif versiyalar irəli sürüldü. Lakin təyyarələrdən heç biri tapılmadığından, bu mülahizələr də təsdiq olunmamış qaldı. Ən əvvəl, gəlin, faciə səhnəsini bərpa etməyə cəhd göstərək. Qabaqcadan xəbərdarlıq edirik ki, təfərrüatlar istintaq materiallarından və Floridada çap olunmuş rəsmi xronikadan götürülüb... 
 

... Saat 14.10-da 14 pilotla (15) havaya qalxan 5 təyyarə hədəfə çataraq saat 15.30-15.40 radələrində geriyə - cənub-qərbə istiqamət götürürlər. Lakin bir neçə dəqiqədən sonra saat 15.45-də Fort-Loderdeyl aviabazasının komanda məntəqəsi ilk qəribə məlumat alır: "Bizdə qəza vəziyyətidir. Görünür, istiqaməti itirmişik. Biz torpağı görmürük. Təkrar edirəm, biz torpağı görmürük". Dispetçer onların koordinatları barədə sorğu verir. Lakin cavab bazadakı zabitləri şoka salır: "Biz harada olduğumuzu müəyyənləşdirə bilmirik. Biz, deyəsən, azmışıq". Belə bir vəziyyətdə aviabazanın nümayəndələri yeganə düzgün qərar qəbul edirlər: "Qərbə doğru istiqamət götürün!" 
"Fəqət, biz bilmirik qərb haradadır. Heç nə alınmır... Qəribədir... Biz istiqaməti müəyyənləşdirə bilmirik. Hətta okean da həmişə olduğu kimi görünmür"!.. Saat 16.45-də Teylordan qəribə məlumat gəlir: "Biz Meksika körfəzinin üstündəyik". Yerdəki dispetçer Don Pul fikirləşir ki, yəqin pilotlar kontuziya alıblar. Çünki göstərilən yer horizontun əks tərəfindəydi! Saat 17.00-da məlum olur ki, pilotlar güclü əsəb gərginliyi həddindədirlər. Onlardan kimsə efirə qışqırır: "Lənət şeytana, əgər qərbə istiqamət götürsəydik, yəqin ki, evə düşərdik!" Sonra Teylorun səsi gəlir: "Bizim evimiz şimal-şərqdədir..." İlk həyəcanlı anlar bir qədər səngiyir və pilotlar aşağıda hansısa adanı müşahidə edirlər: "Məndən aşağıda torpaq var. İnanıram ki, bu Kisdir..." 
Lakin hər şey hədər idi. Qaranlıq düşür. İtmiş təyyarələrin tapılması üçün havaya qalxan bombardmançılar əli boş bazaya qayıdırlar. Onlardan biri də axtarış zamanı yoxa çıxır... Teylorun son sözləri barədə hələ də mübahisələr davam edir: "Mənə elə gəlir ki, biz ağ sulara qərq oluruq... Biz tamamilə azmışıq". 1987-ci ildə məhz orada -Meksika körfəzinin təkində 40-cı illərin istehsalı olan "Evendjer"lərdən biri tapılır ("Pravda" 2.03.1987). İstisna deyil ki, yerdə qalan 4 təyyarə də haradasa yaxındadır. Bircə sual qalır: Təyyarələr heç bir yerdə görünmədən 700 kilometr şimala necə gedib çıxıblar? 2 fevral 1953-cü il. Bermud üçbucağından bir qədər şimalda İngiltərənin 39 nəfər heyətdən ibarət hərbi nəqliyyat təyyarəsi uçur. Qəfil onunla radioəlaqə itir. Təyin olumuş vaxtda isə təyyarə bazaya qayıtmır. Onun qəzaya uğradığı ehtimal olunan yerə göndərilən "Vuduord" yük təyyarəsi heç nə aşkarlaya bilmir. 
Düz 1 il sonra elə həmin yerdə 42 nəfər heyətdən ibarət olan ABŞ hərbi dəniz qüvvələrinə məxsus təyyarə yoxa çıxır. Təyyarənin heç olmasa dağıntılarının tapılması üçün 100-dən çox gəmi okeana çıxır. Lakin yenə də axtarışlar bir nəticə vermir. Hadisənin səbəblərni ABŞ mütəxəssisləri izah edə bilmirlər. 1973-cü ilin martı. Nor-folq limanından Hamburqa istiqamət götürən "Anita" gəmisi Bermud üçbucağı rayonunda itir. Bir neçə gündən sonra dənizdə "Anita"ya məxsus yalnız bir xilasetmə dairəsi tapılır. 
 
 

Bermud adaları, Mayami (Florida) və Puerto-Rikonun arasında olan Bermud üçbucağının sahəsi 1 milyon kvadratkilometrdən çoxdur. Bu akvatoriyanın təkinin relyefi yaxşı tədqiq olunub. Sözügedən rayon oxşar coğrafi yerlərdən elə də fərqlənmir. Lakin buna baxmayaraq, Bermud üçbucağında gəmi və təyyarələr müəmmalı şəkildə yoxa çıxıblar.
 
 
 
 

 
 
Category: MARAQLI MƏLUMATLAR! | Views: 1162 | Added by: dj_qusik | Rating: 0.0/0 |
Total comments: 12
14.06.2011
12. skorpion [MATERİAL]
SKORPION Number111111111111111111111111111111 cool tongue

14.06.2011
11. skorpion [MATERİAL]
Men bermudaya inaniram ve onu gormek isteyerem wink

28.08.2009
10. DJ_QUSIK [MATERİAL]
MEn gedecem sen qorxaqsan ! Men neyniyim ! tongue

09.05.2009
9. ANAR (ANAR) [MATERİAL]
ala hec vaxt lazim deyil bezi adamlar eliye biler yeni deliler

03.05.2009
8. dj_qusik (dj_qusik) [MATERİAL]
ala qocalanda biggrin

02.05.2009
7. ANAR (ANAR) [MATERİAL]
ala xiyarlae (ulkeri cikmaq shertiynen) siz hamiviz lonsuz hansi xiyax ora getmek isteyer? heshdululer happy smile

30.04.2009
6. dj_qusik (dj_qusik) [MATERİAL]
MEN 60 70 YASİM OLANDA ORA GEDECEM
ONSUZDA OLECEM! wink wink wink wink wink

30.04.2009
5. resad (RESHAD) [MATERİAL]
cox qorxulu yerdi.amma ora getmek isterdim

30.04.2009
4. dj_qusik (dj_qusik) [MATERİAL]
oxuduquna gore saq ol smile

30.04.2009
3. Ülkər (ULKA) [MATERİAL]
her oxuyanda ekrana daha da yaxin eylesirdim wacko

30.04.2009
2. Ülkər (ULKA) [MATERİAL]
bu melumatlar chox heyecanverici idi%)

29.04.2009
1. dj_qusik (dj_qusik) [MATERİAL]
BELE SEYE İNANMİRAM AMA OLMUŞ ŞEYLƏRDİR smile

Only registered users can add comments.
[ Registration | Login ]