İraqda bir Amerika əsgəri müsəlmanların müqəddəs kitabı Qurani-Kərimi təhqir edib. Türkiyə mətbuatının məlumatına görə, əsgərin əşyalarının arasından güllə ilə dəfələrlə deşilmiş və cızma-qara edilmiş Quran kitabı tapılıb. Adı gizli tutulan əsgər paytaxt Bağdad şəhərinin yaxınlığındakı bir poliqonda Qurani-Kərimi hədəf taxtasına qoyaraq atəş açırmış. Amerikan ordusunun mətbuat sözcüsü Polkovnik Bill Bukner, həmin əsgərin, Qurani-Kərimə etdiyi hörmətsizlik səbəbi ilə İraqdan göndərilməsinə qərar verildiyini və hər əsgərin hərəkətlərinə görə məsuliyyət daşıdığını deyib. Hadisəyə görə mutəəssir olduğunu deyən Bukner, bunun fərdi bir hərəkət olduğunu da vurğulayıb. Bukner, "Koalisiya qüvvələri komandanlığı yerli rəhbərliyi istintaqın nəticəsindən xəbərdar edib və hadisəyə görə təəssüfləndiyini bildirib" -deyib.Amerika əsgərinə başqa bir cəza verilib verilməməsi barədə məlumat verilməyib.
onlari da basa dusmek olar cunki o bilmir ki Quran müqəddəsdir meselen biz xristian dinini istəmirik istəyirik ki təkcə musəlman dini olsun onlar da elə!!!